Ana səhifə / Cəmiyyət / Zeynəb Xanlarovanın oxuduğu “Qardaş olub Hayastan…” mahnısı niyə yazılıb?

Zeynəb Xanlarovanın oxuduğu “Qardaş olub Hayastan…” mahnısı niyə yazılıb?

 Kür, Araz, Ararat,

Gözəldir bu həyat.

 Qardaş olub Hayastan,

 Azərbaycan. 

1987-ci ildə Bakıda keçirilən qardaşlıq konsertində Zeynab Xanlarova, İlhamə Quliyeva, Elmira Rəhimova, İslam Rzayev, Nisə Qasımova kimi məşhurların oxuduğu mahnının sözləri belə idi.

Maraqlıdır ki, mahnıda adı çəkilən Ararat dağı indiki Türkiyə ərazisində yerləşən Ağrı dağının ermənicə dəyişimidir. Hayastan isə hayların öz aralarında Ermənistana verdikləri addır.

Tutaq ki, sovet dövrünün tələblərinə uyğun mahnı yazılırdısa, nə üçün orada bu cür bir növ türkçülüyün əleyhinə işlədilən “Ararat”, “Hay” kimi sözlər işlədilib? Mahnının sözlərinin İslam Səfərliyə aid olduğu haqda fikirlər səsləndirilsə də, rəsmi olaraq heç kim bunu təsdiqləmir 

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusunda iştirak edən yazıçı, ictimai xadim Xeyrəddin Qoca bildirib ki, belə mahnıların ərsəyə gəlməsi Sovet İttifaqının yürütdüyü siyasətin nəticəsi olub.

“O zaman beynəlmiləlçilik idi. Bizim Ukraynaya və ya Gürcüstana aid mahnımız yazılsaydı, o zaman onu da, oxuyardıq. Həmin vaxt ermənilər də bizim haqqımızda oxuyurdular. Guya ki, biz qardaş və dost olmuşuq. Əslində isə heç vaxt qardaşlığımız olmayıb”.

Mahnının 50 il bundan əvvəl yazıldığını söyləyən Xeyrəddin Qoca bildirib ki, Sovet dövründə yalanların üstündə qurulan bu cür mahnılar çox olub:

“Nəinki müğənnilər, hətta dövlət başçıları da SSRİ daxilində olan ölkələrə səyahət edərkən bir-birinin haqqında xoş sözlər deyərdilər. Həmçinin mətbuatda da Ermənistanla bir-birimizi tərifləyirdik. Bunların hamısı “ağ yalan” idi. Ümumiyyətlə, Sovet İttifaqı yalanların üstündə qurulmuşdu.

Bu mahn 50 il bundan əvvəl yazılan mahnı idi və sovet dövründə də tez-tez oxunulurdu. Siyasət aləmində çox yalanlar var.

Bunu oxumaqda Zeynəb Xanlarovanın, Nisə Qasımovanın və ya rəhmətlik İlhamə Quliyevanın  günahı yoxdur. Sadəcə biz bilməliyik ki, 75 il Sovet dövründə yalanlarla  yaşamışıq”. 

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …