Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Nazilə “Maşın” iştirakçısını təhqir etdi

Nazilə “Maşın” iştirakçısını təhqir etdi

“Bu möhtəşəm şouya qatılmağıma heç peşman deyiləm. Ağzıgöyçəklər özünü yormasın, yarışma gözəl olub. Xəyalənin əli ilə çıxmışamsa, bu daha gözəl! Nə olub ki Xəyaləyə? Ailəsi çox hörmətli, əri, uşaqları, isməti… Mənəvi və əxlaqı kəsiri olmayan xanımdır”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli instaqram səhifəsində yazıb. O, aktrisa-aparıcı Xəyalə Quliyeva tərəfindən “Maşın”dan kənarlaşdırılmasına münasibət bildirib.

N. Səfərli Xəyalə ilə bağlı qorxusundan da yazıb.  Şairə qeyd edib ki, o, hormonsuz biri tərəfindən şounu tərk edə bilər: “Məgər, görmədiniz ki, çıxanda Xəyalənin alnından öpdüm? Allah uzaq etsin, məni “Maşın”dan bəzi natarazlar çıxarsaydı, nə olardı? Bircə narahatam ki, Xəyalə elə o hormonsuzun əli ilə çıxar. Xəyaləmin alnından öpdüyümə görə peşman olaram. Gələn gündən deyirəm ki, hamı maşına görə oynayır, mən adıma…

Onun maşını yoxdur, mənim var. Qoy onun da olsun, nə olar ki? Xəyalə də xına gecələrinə gedir. Onu yalançı və digər sözlərlə qələmə verməyə heç kimin haqqı yoxdur! Bu sözünüzlə onun çörəyinə bais olursunuz. Axı övladına xına edən ata-analarımız qadın satqınlarını ailə içinə qoymaz. Onun da balaları var! Ucuz düşünməyin, ay bəziləri… Oyununuz uğurlu olsun”.

Bu məqamda bildirək ki, N, Səfərlinin hormonsuz dediyi şəxsin kimliyi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddia olunur ki, şairənin təhqir etdiyi şəxs Xose Bernardodur. Çünki Xəyalənin hədəf seçilərək Naziləni proqramdan çıxarması Xosenin planı olub.  Hətta Nazilə Səfərli proqramdan gedərkən Xose və repçi Ramil Nabranla görüşməmişdi.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …