Ana səhifə / Şou Biznes / Kirkorov Bakıda yenidən konsert verəcək

Kirkorov Bakıda yenidən konsert verəcək

Rus estradasının kralı, Rusiyanın Xalq artisti Filip Kirkorov bu ilin sonunda Bakıda yenidən solo konsertlə çıxış etməyi planlaşdırır.
Bunu müğənni Bakıda keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalı çərçivəsində jurnalistlərlə görüşündə deyib.
F.Kirkorov bildirib: “Mən artıq üçüncü dəfədir ki, “Jara” Beynəlxalq Musiqi Festivalında iştirak edirəm. Bu festival musiqi dünyasının möhtəşəm hadisəsidir. Bakıda öz ilk solo konsertimi heç vaxt unutmaram, iki il əvvəl Baku Crystall Hall-da məni tamaşaçılar hərarətlə qarşıladılar. Bu hissləri hər dəfə mən “Jara”nın səhnəsinə çıxanda keçirirəm. Burada geniş tamaşaçı kütləsi və gözəl mühit var”.
Qeyd edək ki, Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir. (Trend)

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …