Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan xaricə nə qədər şərab satır?

Azərbaycan xaricə nə qədər şərab satır?

Azərbaycan ilin sonuna qədər şərab ixracını iki dəfə artıra bilər.
Bunu Trend-ə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov deyib.
E.Mədətov deyib: “2018-ci ilin birinci yarısında Azərbaycan şərab məhsullarının ixracı 4 milyon dolları keçib, bu da 2017-ci ilin eyni dövrünün götəricisindən 80 faiz çoxdur. 2018-ci ilin sonuna biz şərab ixracının 100 faizlik artımını gözləyirik”.
Mədətovun sözlərinə görə, Azərbaycan şərabının ixracının əsas istiqamətləri Rusiya (85 faiz), Çin (7 faiz), Avropa, Belarus və Qırğızıstandır: “Orta hesabla illik şərab istehsalı 14 milyon butulka ətrafında gözlənilir, onun 5 milyonu ixrac üçün, qalan 9 milyonu isə daxili bazarda reallaşdırılacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”na əsasən, ölkədə 2025-ci il üçün şərab ixracını 5 dəfə artırmaq planlaşdırılır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, alkoqollu, alkoqolsuz içkilərin, həminin şərab sirkəsinin ixracı 2018-ci ilin yanvar-iyun aylarında 7 161 660 dollar təşkil edib, bu da 2017-ci ilin eyni dövrü ilə müqaisədə 36,44 faiz azdır. Qeyd olunan məhsulların idxalı isə 35 835 160 dollar təşkil edib, bu da 2017-ci ilin dövrü ilə müqaisədə 17,92 faiz çoxdur.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …