Ana səhifə / Şou Biznes / İlham Əliyev Wizz Air-i Azərbaycana qaytarır

İlham Əliyev Wizz Air-i Azərbaycana qaytarır

Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının növbəti beşinci iclasının keçirilməsi ilə əlaqədar Azərbaycanın sənaye və iqtisadiyyat naziri, birgə komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 21-də Budapeştə səfər edib.

Azərbaycanın Macarıstandakı səfirliyindən “Trend”-ə bildiriblər ki, səfərin ilk günü Macarıstanın Xarici İşlər və Xarici Ticarət Nazirliyində ölkənin xarici işlər və ticarət naziri, Macarıstan tərəfdən birgə komissiyanın həmsədri Piter Siyyarto ilə azərbaycanlı həmkarının görüşü olub.

Ş.Mustafayev Azərbaycan prezidentinin göstərişi ilə Bakı ilə Budapeşt arasında birbaşa uçuşlar həyata keçirən WİZZ Air aviaşirkətinin fəaliyyətinin yaxın günlərdə bərpa ediləcəyini bildirib.

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın