Ana səhifə / Gündəm / “Cənab nazir, mən sizdən pul və iş istəmirəm, qanuna əməl edin!” – Şikayət

“Cənab nazir, mən sizdən pul və iş istəmirəm, qanuna əməl edin!” – Şikayət

 

Abşeron şəhəri 217 məhəllə bina 5 mənzil 3 də yaşayan Qarabag müharibəsi əlili Rəhmanov Əhməd Fazil oglu tərəfindən Ədliyyə nazirli Fikrət Məmmədova şikayət yazılıb.
Mia.az-a daxil olan şikayət məktubunda Əhməd Rəhmanov yazır ki, məhkəmə “Azəriqaz”a qarşı qətnamə çıxarsa da, bu günədək icra olunmayıb:
“Sizə göndərdiyim sənəd icra sənədinin surəti 16 mart tarixində könüllü icra ücün “Azəriqaz ” İB-nin rəhbərliyinə göndərilib. Bu sənədə əsasən “Azıriqaz” məhkəmə qərarını 10 gün müddətinə yerinə yetirməli, əks halda isə bunun məcburu yerinə yetiriləcəyi barədə billbirilir. Lakin bu məktubun üstündən bir ay kecməsinə baxmayaraq, nə “Azəriqaz”dan, nə də bu qərarı yerinə yetirilməli olan orqandan hec bir xəbər yoxdur. Bu gün  isə məhkəmə icracısı mənə bildirib ki, “Azəriqaz”rəhbərliyi məhkəməni saya almır və Sizi yerinizə qaytarmaq istəmir, bizim də ona gücümüz catmır. Maraqlıdır, məhkəmə qərarını saymayan hansısa bir təşkilat və ona gücü catmayan Ədliyyə sistemimiz Azərbaycanı bəs xarici və daxili düşmənlərdən necə qoruyur?!
Düzdür, icranın və məhkəmənin təbirincə, bu, böyük bir cinayət deyil, nə kimsə kiminsə maşınını əzib, nə də kimsə hansısa məmuru təhqir edib. Bu, sadəcə 1 ildən artıqdır təhqir olunaraq, qanunsuz ixtisara salınan 2 nəfər Qarabag müharibəsi əlilinin yenidən öz iş yerlərinə qaytarılması məsələsidir.
Cənab nazir! Sizdən xahiş edirəm, son vaxtlar vətənpərvərlikdən tez-tez dəm vurub, həqiqətdə isə vətənpərvərlik borclarını ” Şuşa” , “Cıdır Düzü”, ” Xan çinar” kimi əyləncə məkanlarında “yerinə yetirən” harınlamış  məmurlara və tabeliyinizdə olan iş icraçılarına qanunun üzünü göstərin. Mən sizdən nə pul, nə iş, nə də başqa təmanna güdmürəm. Sadəcə, məhkəmə qərarına əməl edilməsinin təmin olunmasını istəyirəm…”.

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın