Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / İlhamənin oğlu boşanma xəbərindən DANIŞDI — FOTO

İlhamənin oğlu boşanma xəbərindən DANIŞDI — FOTO

Elgiz Əkbərin aparıcısı olduğu “Səhər-səhər” verilişində mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun əməkdar artist Firuzə İbadovaya borclu olmasından danışılıb.

“Ölkə.Az”-ın məlumata görə, E.Əkbər bildirib ki, İ.Quliyevanın razılığıyla F.İbadova O.Nadirova borc verib:

“Firuzə xanım İlhamə xanımın razılığıyla Orxan Nadirova borc verib. İlhamə Quliyevanın razılığı olmasaydı, Firuzə xanım kimi ağıllı qadın Orxanın ipinin üstünə odun yığmazdı. Hüzr məclisində mən Firuzə xanımın əlini tutdum, qoymadım ki, borc barədə danışsın. Buradan üzümü İlhamə xanımın mirasına sahib olan Gülbahar xanıma tuturam. İnanıram ki, o xanım rəhmətlik bacısının ruhunun narahat olmağına razı olmaz. Firuzə xanım da yazıqdır, neçə illərin sənətkarıdır. Elə bilirlər ki, siz pulunuzu qoymağa yer tapmırsınız. Bu dəqiqə Firuzə xanım borcun içindədir. Səkkiz min evlə bağlı, altı min də təmirə borcu var. İlhamə Quliyeva Firuzə xanıma dedi ki, sənin pulun çatacaq. Bankda 380 min pulu var idi. O məbləğdən bu yazıq qadının toylardan qəpik-qəpik qazandığı pulu niyə verilməsin?”

Firuzə İbadova isə bildirib ki, Əli Mirəliyevin qızı Samirə Mirəliyeva ona borc qarşılığında İlhamə Quliyevanın qızıllarının bir qismini götürməyi təklif edib:

“Niyə alacağımı ala bilmirəm? Axı heç kimdən pul istəmərəm. Hamıya əl tutmuşam. İndi özüm niyə qara gündə qalmalıyam? Hamı gəlib məni aldadır. Bilirəm ki, Orxana mirasdan nəsə düşsəydi, o məni incitməzdi. Əli Mirəliyevin qızı Samirə mənə dedi ki, heç olmasa İlhamə xanımın qızıllarından götür, apar pul elə. Dedim ki, onun qızıllarına dəyə bilmərəm. Şəriəti düz bilirəm, müsəlmanam. İlhamə xanım yuxuma girib dedi ki, əşyalarımın içində şərfin var, get götür. O da mənim malım, pulum üçün nigarandı. Hər şey onun ruhuna qurbandı. Ancaq belə etmək də günahdır axı”.

Müğənni Əli Mirəliyev isə qeyd edib ki, O.Nadirov həyat yoldaşından ayrılıb:

“İşin bu yerə çatmasında İlhamə Quliyevanın özü günahkardı. Ona yüz dəfə dedim ki, öl, biç. Gah dedi mirasımı əsgərlərə verəcəyəm, gah dedi Orxanımındı. Əgər Orxanındırsa, ver də ona. Yazıq uşaq həyat yoldaşı Arifədən də ayrılıb, qalıb küçələrdə. Gördü ki, buna bir şey çatmadı, bezdi, ayrıldı. Uşaq da Arifədədir”.

Ölkə.Az məsələylə bağlı İlhamə Quliyevanın oğlu Orxan Nadirovla əlaqə saxlayıb. Nadirov əməkdaşımızla söhbətində boşanmasıyla bağlı xəbərləri təkzib edib:

“Ailəm, uşağım yanımadır. Bu barədə deyilənlər həqiqəti əks etdirmir. Digər məsələlərlə bağlı isə yaxın günlərdə ətraflı açıqlama verəcəyəm”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …