Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Şou Biznes / “İdarəetmə pomidor şitili deyil ki” – Universitetlərə İTTİHAM

“İdarəetmə pomidor şitili deyil ki” – Universitetlərə İTTİHAM

Əksəriyyət razılaşmaya bilər. Gerçəklik odur ki, ali məktəblərdə dekanlıq, kafedra sistemi Sovet ənənələrini özündə yaşadır. Hansısa universitetə daxil olanda köhnə mənzərəyə tamaşa etmək məcburiyyətində qalırsan. Düzdü, bunu bütün ali məktəblərə şamil etmək olmaz. Bəzi universitetlərdə nə dekanlıq, nə də kafedralar yeniliklərə meylli ola bilmir.

Bəs buna səbəb nədir? Universitetlərdə idarəetmə necə olmalıdır?

Təhsil eksperti Əjdər Ağayev Modern.az-a açıqlamasında deyib ki, tarixin mütərəqqi sistemindən istifadə etmək hər dövrdə zəruridir.

“Ali məktəblərdə idarəetmə formaları müxtəlif ola bilir. Rektor, prorektor, dekanlıq sistemi isə kafedral sistemdir. Elə ali məktəblər ola bilər ki, orada kafedra olmasın. İxtisaslar üzrə bölmələr olsun. Məsələn, sinif müəllimliyi bölümü, beynəlxalq münasibətlər bölümü və sairə. Bu bölüm həm kafedranın, həm də deknalığın işini görür. Dünyada geniş yayılmış sistem rektorluq, prorektor və dekanlıq sistemidir. İstər 21-ci əsr olsun, istərsə də 22-ci əsr. Tarixin mütərəqqi sistemindən istifadə edilməlidir. İdarəetmə pomidor şitili deyil ki, onu əkəsən, sonra başqa bir pomidora calayıb yeni bir hibrid alasan. İdarəetmə elmin, texnologiyanın inkişafı ilə təkmilləşir. İnsan amili öz yerində qalmaqla, yeniliklərə açıq olmaq lazımdır”.

Ekspert deyir ki, universitetlərdə Sovet ənənələri davam etdirilsə də, müasir texnologiyalar da tətbiq edilməlidir.

“Bugünkü idarəetmə tez-tez auditoriyaya girib-çıxmaq kimi olmamalıdır. Hansısa kağızla elan da vurmaq lazım deyil. İndi nəzarətedici qurğular, kompyuter var. 21-ci əsrin tələbinə uyğun Nanotexnologiyalar hazırlanmalıdır. İdarəetmədə bu düşünülməlidir. İnsan amili, təfəkkürü, fikri, idarəetmə qabiliyyəti öz yerində qalır. Gələcəkdə də belə olacaq”.

Ali məktəblərin Sovet ənənələrindən uzaqlaşmasından da Əjdər Ağayev bəzi ənənələrin qalmasını təəssüflə qeyd edib.

“Dünyada ən güclü təhsil Sovet dövrünün təhsil sistemi olub. 1980-ci illərdə Amerikada həyəcan siqnalı çalındı ki, baxın SSRİ-də nələr kəşf olunur. Amerika isə geri qalır. Onlar təhsil sistemini dəyişməyə başladılar. Bununla da, Amerika təhsili sürətlə inkişaf etməyə başladı və yeniliklərə imza atdı. O vaxtın təcrübəsi bu gün də var. İndiki alimlərin hamısı Sovet sisteminin yetişdirdiyi adamlardır. Son 25 ilin nəticəsi olaraq hələ bir alim meydana çıxmayıb. Hamısı təhsil görmüş adamlardır və Azərbaycanın inkişafına çalışanlardır. Bunun üçün də onlar öz təcrübəsindən istifadə edirlər. Sovet dövrünün son illərində yaranan elə ənənələr var ki, bu gün onlardan azad olmalıyıq. Təəssüf ki, azad ola bilmirik. Məsələn, baxım-görüm, təmənnalılıq, qəbul işində mənim-sənin adamının olması çox yayılmışdı. Təəssüf ki, bu gün bunlar bəzi ali məktəblərdə var. İşə qəbulda bəzi ümumtəhsil məktəblərində bunları görürük. Düşünürəm ki, bunları aradan qaldırmaq lazımdır”.

Həmçinin oxuyun

Özcan Dənizdən Atalar günündə duyğusal paylaşım

Müğənni Özcan Dənizin Atalar günündə etdiyi paylaşım maraqla qarşılanıb. Teleqraf.com xəbər verir ki, müğənni “Acımadan əlimizdən …

Bir cavab yazın