Cümə axşamı , May 2 2024
Ana səhifə / Şou Biznes / İcra başçısindan – ŞİKAYƏT

İcra başçısindan – ŞİKAYƏT

“Gədəbəyin icra başçısı Ramiz Yediyarov mənə məxsus yanacaqdoldurma məntəqəsinin altını üstünə çevirib”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə gədəbəyli sahibkar Xəyyam Əzimzadə deyir.

Sahibkar deyir, hər ay ona xeyli gəlir gətirən obyekt abadlıq işləri adı altında sökülüb:

Heydər Əliyev prospekti 11 “a” ünvanında yanacaqdoldurma məntəqəm vardı. İcra başçısı əvvəlcə məntəqəni əlimdən almaqdan ötrü ən müxtəlif yollara əl atsa da, alınmadı. Nəhayət, onun göstərişi ilə qanuni obyektim dağıdıldı, məni də, işçilərimi də işsiz, gəlirsiz qoydular. Obyektdə bir neçə müharibə veteran işləyirdi. Obyektin gəlirilə neçə-neçə ailələrə dolanışıq üçün yardım edirdim. Özüm də başda olmaqla, neçə ailə ac qaldı”.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın