Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Şou Biznes / İcra başçısı Şağlaser kəndində olub
????????????????????????????????????

İcra başçısı Şağlaser kəndində olub

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü martın 28-də Şağlaser kəndində keçirib.

Bu barədə Azinforum.az-a verilən məlumata görə, görüşdə İcra başçısının müavinləri və aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların və xidmət sahələrinin rəhbərləri, 300 nəfər kənd sakini iştirak edib.

Görüşü giriş sözü ilə açan İcra başçısının Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Samid Ağayev inzibati ərazi dairəsi barədə məlumat verib.

Çıxış edən sakinlər ölkədə və Lənkəran rayonununda həyata keçirilən quruculuq -abadlıq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirərək, son illərdə nümayəndəliyə daxil olan kəndlərdə yeni məktəblərin tikilib istifadəyə verilməsini, yeni asfalt yolların çəkilməsini, kütləvi qazlaşmanın cənab Prezidentin xalqa xidmətinin nümunəsi olduğunu ifadə etməsilə bərabər inzibati ərazi vahidliyinin sosial-iqtisadi inkişafı ilə bağlı fikir və təkliflərini söyləyiblər.

Sonra sakinlər şəxsi problemləri ilə əlaqədar İcra başçısına müraciət etdilər.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq ölkədə gedən inkişaf prosesləri, Lənkəran rayonunda həyata keçirilən işlər və qarşıda duran vəzifələr haqqında danışdı, sakinlər tərəfindən qaldırılan müraciətlərin və təkliflərin həll ediləcəyini bildirib.

İcra başçısı Azərbaycanda hökm sürən sabitlikdən, əmin-amanlıqdan ətraflı bəhs edib, bunu qorumağın vacibliyini diqqətə çatdırıb. Rayon rəhbəri hamını ölkə başçısının ətrafında sıx birləşməyə çağırıb.

Ölkədə ərzaq təhlükəsizliyini təmin etməyin zəruriliyindən söz açan Taleh Qaraşov bunun üçün kənd təsərrüfatını inkişaf etdirməyin, torpaqların əkilib becərilməsinin, əhalinin payıbəlli torpaqlarının fermer şəklində birləşdirilməsinin zəruriliyini, Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən səmərəli şəkildə bəhrələnməyin vacibliyini önə çəkib.

Rayonda emal müəssisələrinin tərəvəz məhsullarını qəbul etməyə hər cür imkanı olduğunu söyləyən İcra başçısı yaşıl marketlərin yaradılması istiqamətində lazımi tədbirlərin görüldüyünü vurğulayıb və kəndlinin torpağa qayıtmasının ən vacib şərtlərdən biri olduğunu diqqətə çatdırıb.

Taleh Qaraşov sonda səyyar qəbul-görüşdə qaldırılan müraciətlərin və təkliflərin həlli ilə əlaqədar müvafiq strukturların rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verib.

Həmçinin oxuyun

“Bizdə pul yoxdur, camaatda hardan olsun?“ – Xuraman Şuşalı

“Dolanışığım pis deyil, şükürlər olsun. Həyat yoldaşım televiziyada çalışır, o bizi dolandırır. Behlər almışdıq, pandemiya …

Bir cavab yazın