Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Şou Biznes / Fəzail Ağamalının görüşündə ölkə başçısının son addımları alqışlandı

Fəzail Ağamalının görüşündə ölkə başçısının son addımları alqışlandı

Oktyabrın 22-də 60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalı rayonun Aşağı və Yuxarı Noxudlu kəndlərində seçicilərlə növbəti görüşünü keçirib.
Çoxsaylı seçicinin iştirakı ilə keçirilən görüşü Fəzail Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov açaraq seçicilərə namizədin fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüş zamanı vurğulanıb ki, Fəzail Ağamalı Milli Məclisin deputatı kimi işlədiyi müddət ərzində qanunvericilik aktlarının qəbulunda hər zaman öz fəallığı ilə seçilib, eyni zamanda seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.
Görüş iştirakçıları Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətini müdafiə etdiklərini bildiriblər və bu siyasətin ən fəal iştirakçılarından biri olan Fəzail Ağamalıya səs verəcəklərini diqqətə çatdırıblar.
Kənd ağsaqqallarından Hacı Mirlazım Ağa Mustafayev, Dövlət Orucov, kənd ziyalıları Cəfər Novruzov, Ahilə Nəcəfova, Natavan Novruzova, Durna Əzizova, kənd sakini Alisgəndər Əliyev çıxış edərək, kəndlərində yaradılmış yüksək şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirərək, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və F.Ağamalıya səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər Aşağı və Yuxarı Noxudlu kəndlərində məktəblərin təmiri, Aşağı Noxudlu kəndində uşaq baxçasının açılması ilə bağlı məsələ qaldırıblar. Fəzail Ağamalı noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə mandat qazanarsa, sözügedən problemlərin həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaldıracağını və həmin problemlərin həllinə çalışacağını seçicilərin diqqətinə çatdırıb.
Prezidenti İlham Əliyevin son sərəncamları, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, rüşvətxorluğa və korrupsiyaya qarşı daha kəskin şəkildə mübarizə aparmasını diqqətə çatdıran F.Ağamalı qeyd edib ki, ölkə başçısının siyasi iradəsi xalqımızın sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına və ölkədə sahibkarlığın inkişafına yönəlib.
Görüş iştirakçıları ölkə prezidentinin son addımlarını alqışlayaraq, hər zaman onunla bərabər olacaqlarını bir daha önə çəkiblər.
Görüşdə F.Ağamalının vəkilləri – Qulu Novruzov və Xidmət Orucov iştirak ediblər.
Ana Vətən Partiyasının Mətbuat Xidməti

Həmçinin oxuyun

“Mənim, yengəyə ehtiyacım yoxdur” – Mələk Heydərova

“Çərçivə qoyulanda da özümüzü itirdik. Bizi bir az çərçivəyə saldılar, biz konkret qapandıq özümüzə. Yəni …

Bir cavab yazın