Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Elariz, Allah səni güldürsün…” – “Nə Röyanı, nə də Aygünü tanıyırlar” sözünə cavab

“Elariz, Allah səni güldürsün…” – “Nə Röyanı, nə də Aygünü tanıyırlar” sözünə cavab

Ötən gün müğənni Elariz Məmmədoğlunun “Show time” verilişində verdiyi açıqlama qalmaqala səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi xalq artisti Aygün Kazımovanın, əməkdar artist Röya Ayxanın və Günel Zeynalovanın Türkiyədə tanınmadığını bildirib:

“Türkiyədə mövcud olan müğənnilər var ki, bizimkilər onların sırasında yoxdu. Ola bilər ki, 3-5 dəfə Türkiyəyə gediblər, verilişdə çıxış ediblər və Bakıya qayıdıblar. Sabah mənim bu sözlərimdən qalmaqal olacaqsa, olsun, reallığı dedim. Qoy sübut eləsinlər ki, onları orada tanıyırlar. Mən də baxım, fəxr edim”.

Elarizin sözügedən açıqlamasına əməkdar artist Röya Ayxan instaqram səhifəsində cavab verib. O, ifaçının fikirləri ilə razılaşmayıb:

“Elariz, Allah səni güldürsün. Dua et ki, biz varıq və sənə sual tapmırlar, bizi soruşurlar. Bir söz deyim, orada demək olar ki, media, sənəti anlayan insanlar Aygünü, məni və Güneli tanıyır. Nə isə, onu boş ver. De görüm, nə var, nə yox?”

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …