Çərşənbə , May 1 2024
Ana səhifə / Şou Biznes / Dəbdəbəli toylar ləğv olunsun – TƏKLİF

Dəbdəbəli toylar ləğv olunsun – TƏKLİF

“İsrafçılığın qarşısının alınmasına görə təbliğat gücləndirilməlidir”.
Azərbaycanda dövlət tərəfindən toyların təşkili tənzimlənməlidir.
Şadlıq evlərində qiymətlərin bahalaşmasından sonra toy mərasimlərinin təşkili cəmiyyətin aktual müzakirə mövzusuna çevilib.
10 minlərlə pulun xərcləndiyi dəbdəbəli mərasimlər, toydan sonra yaranan acınacaqlı vəziyyət insanları ailə həyatı qurarkən ciddi düşünməyə vadar edir. Bir çoxları “qonşudan geri qalma” prinsipini əldə rəhbər tutsa da, xoşbəxtliyin toyda olmadığını düşünənlər də var.
Sosial şəbəkələrdə aparılan müzakirələr zamanı dəbdəbəli toy şənliklərinin ləğv olunması təklif olunur.
Moderator.az azvision-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Musa Quliyev dəbdəbəli toyların yığışdırılması təklifini dəstəkləyir.
Deputat bildirib ki, Azərbaycanda dövlət tərəfindən toyların təşkili tənzimlənməlidir.
Onun sözlərinə görə, Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə DövlətKomitəsi bu işdə çox ciddi mövqe ortaya qoymalıdır.
M.Quluyev hesab edir ki, millət vəkilləri, adlı-sanlı ziyalılar, nazirlər, icra başçıları sadə toy mərasimləri keçirməklə sadə insanlara nümunə olmalıdırlar:
“Tanınmış insanlar cəmiyyət nümunə olmalıdırlar. Onlar bunu etməyənə kimi, insanlardan tələb etmək olmaz ki, sadə toy mərasimi keçirin, israfçılığa yol verməyin. İnsanlar dəbdəbəli toyla xoşbəxt olmurlar. Mətbuat, televiziyalar da israfçılığın qarşısının alınmasına görə təbliğatı gücləndirməlidirlər”.
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov da toy mərasimlərində israfçılığın əleyhinədir.
Millət vəkilinin sözlərinə görə, toy mərasimləri ailə xoşbəxtliyinə deyil, restoran müdirlərinə işləyir.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın