Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Arif Hacılı “Bandotdel”dən çıxdı

Arif Hacılı “Bandotdel”dən çıxdı

Müsavat başqanı Arif Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general Seyfulla Əzimovla görüşü artıq başa çatıb.

Məlumatı APA-ya Müsavat Divanının üzvü Nemət Kərimli verib.

Onun sözlərinə görə, görüşün təfərrüatları ilə bağlı partiyanın mətbuat xidməti məlumat yayacaq.

*   *   *14:21

Müsavat başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər.

BMCMİ-nin nümayəndələri qeyd ediblər ki, idarənin rəisi general Seyfulla Əzimov Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir. Söhbətin hansı mövzuya aid olduğu deyilməyib.

Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olacaq.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın