Cümə axşamı , May 2 2024
Ana səhifə / Şou Biznes / “Bütün günü ağlayırıq, gözümüzün yaşı qurumayıb, toy vaxtıdır?!“ – Əməkdar artist

“Bütün günü ağlayırıq, gözümüzün yaşı qurumayıb, toy vaxtıdır?!“ – Əməkdar artist

“İndiki vaxtda kimsə bu qaydaları pozursa, yenə özü bilsin. Amma yaxşı olardı ki, özlərini qorusunlar. Ən azından bu zarafat deyil, vəziyyət doğrudan da ciddidir”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib. Sənətçi karantin qaydalarını pozaraq şənlik keçirən vətəndaşlarımızın hərəkətindən təəssüfləndiyini bildirib:

“Ötən il pandemiya dövrü indikindən yaxşıydı, amma indi vəziyyət çox çətindi. Koronavirus təkcə bizi yox, bütün dünyanı ağuşuna alıb. Mən dini kitabları çox oxuyuram. Ümumiyyətlə, Quranı çox oxumaq lazımdır ki, insanın anlayışı artsın. Kəbə torpağından qan çıxır, yəni bu bir bəladır. Demək istəyirəm ki, pandemiya bir bəladır və bundan səbrlə özümüzü qorumalıyıq. Karantin qaydalarına riayət etmək lazımdır. Həm ruhən, həm də cismən özümüzü təmiz saxlamalıyıq.

İndiki vaxtda kimsə bu qaydaları pozursa, yenə özü bilsin. Amma yaxşı olardı ki, özlərini qorusunlar. Ən azından bu zarafat deyil, vəziyyət doğrudan da ciddidir. Ümumiyyətlə, isə kiminsə evində toy etməsi məni çox təəssüfləndirir. Toy anlamı mənim əcdadlarımı yandırar. Elə şəhid anamız var ki, oğlunun tabutunu gətirəndə qurban kəsdirdi. Biz bütün günü ağlayırıq, gözümüzün yaşı belə qurumayıb. Mən hətta canlı oxumuram, günahdır. Bu il evimizdə heç yolka qurmadıq. Düzdü, torpaqlarımızı işğaldan azad etdik. Hamı kimi mənim də ailəmdə şəhid oldu. İndi bacımın nəvəsi Şuşadadır. Dayımın oğlu qazidi. Şəhid olan ölkədə kiminsə toy və şənlik keçirməsi günahdır”.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …