Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Bu, yeni ərimdir” deyib, oğlumun qarşına çıxa bilmərəm” – FOTOLAR

“Bu, yeni ərimdir” deyib, oğlumun qarşına çıxa bilmərəm” – FOTOLAR

Rəqqasə Renka: “Öləndə yanında olmadığım üçün özümü bağışlaya bilmirəm”

“Bir müddət öncə keçmiş evliliyimlə bağlı fotoları paylaşdım. Göstərdim ki, mən də el adəti ilə ailə qurmuşam. Gözəl ailəm olub. Kaş, boşanmazdım. Ailədən gözəl heç nə yoxdur”.

Bu sözləri rəqqasə Renka musavat.com-un suallarını cavablayarkən deyib. 

O, uşaqları tək böyütməyin çətinliklərindən danışıb: “Uşaqlar böyüdükcə mənə çox çətin olur. Söhbət maddi tərəflərdən getmir, mənəvi olaraq onların ehtiyaclarını ödəməyə çalışıram. Tənhalıq adamı yorur. Uşaq bütöv ailədə böyüməlidir. Mən qayınanamın sevimli gəlini olmuşam, biz ayrılandan sonra da gedib onunla görüşürdüm. Qayınanamı çox sevirdim, rəhmətə gedib. Onunla bağlı özümə bağışlaya bilmədiyim məqam var. Xəstə idi, tez-tez baş çəkirdim. Bir dəfə dedilər ki, halı pisdir, gəl. Rayonların birində toyda idim, mən gedəndə artıq gec idi, məni görmədən rəhmətə getdi. Son arzusu məni görmək olub. Özümü bağışlaya bilmirəm”. 

– Hər zaman Renka səmimi olmağa çalışır. Bu səmimilik sizə ziyan veribmi?

– Əlbəttə, verib. Səmimiliyimdən istifadə edən adamla hazırda məhkəməmiz var. Hər şey tam bəlli olsun, açıqlayacağam. Mən göz önündə olmağı sevmirəm. Sadəcə bu il rəqqasəlik edib, başqa işə yönələcəyəm. Sakit həyatımı yaşamaq istəyirəm

– Hazırda gündəmdə olan rəqqasələrdən birisiniz. Birdən-birə kənara çəkilməyinizə səbəb nədir? 

– Bu sferanın adamı deyiləm. İyrənmişəm işimdən. Amma bir məsələ var, oriyental rəqqasələrə əxlaqsız kimi baxırlar. Deyirlər ki, soyunub oynayır. Mənə qarşı münasibət elə deyil. İnsanlar ailəlikcə məni sevir. Mən ailə şəkillərimi yaymaqla göstərdim ki, gül kimi ərə getmişəm, ailə həyatım alınmayıb. Mən mələk deyiləm. Amma hərəkətimi, özümü aparmağı bacarıram. Kişi məclisində başqa cürəm, qadın məclisində başqa cür. Ev yiyəsi məni məclisinə çağırdığı üçün heç vaxt peşman olmayıb. 

– Aktrisalarımızdan biri bildirmişdi ki, övladı, xüsusilə qızı olan qadın ikinci dəfə ailə qurmamalıdır. Bu fikirlə razısınız?

– Qızı yox, oğlu olan qadın ikinci dəfə ailə qurmamalıdır. Oğlan övladının qarşısına necə başqa kişini ər kimi çıxarasan. Mən heç vaxt ikinci dəfə ailə qurmaram. Mənim yaşadığım bir kişi ola bilər. Amma onu övladlarımın yanına gətirmərəm. 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …