Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Şou Biznes / Bu il Naxçıvanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 174 əcnəbi aşkarlanıb

Bu il Naxçıvanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 174 əcnəbi aşkarlanıb

Bu ilin altı ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyatsız olan, qanunsuz yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 174 əcnəbidən 75-i barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə inzibati tənbeh növü tətbiq edilib.
“Report” qurumun məlumatlarına istinadən xəbər verir ki, həmin şəxslərin 82-si 48 saat müddətində ölkə hüdudlarından kənara çıxarılıb, 14-ü isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaqla girişlərinə müəyyən müddətə məhdudiyyət qoyulub.
Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş, lakin inzibati məsuliyyətə cəlb etməyə imkan verən yaş həddinə çatmamış 22 əcnəbi barəsində inzibati işin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilib.
Bu müddət ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyatı ilə bağlı xidmətə, ümumilikdə, 4 min 574 müraciət daxil olub. Muxtar respublikada əcnəbilərin və vətəndaşlığı olmayanların haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün işicazələrinin verilməsi ilə bağlı işəgötürənlər tərəfindən xidmətə 22 müraciət daxil olub. Onlardan 15-i icra edilib, 7-si isə hazırda icra mərhələsindədir.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın