Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Bu günü unutmayacağam” – Tünzalə Ağayeva

“Bu günü unutmayacağam” – Tünzalə Ağayeva

Müğənni Tünzalə Ağayeva “Xalq artisti” fəxri adı almasından danışıb.

İfaçı ölkə başçısına təşəkkür edib: “Bu gün unutmayacağım hisslərlə doludur. Hər kəsə ayrıca təşəkkürümü bildirirəm, dəyərli izləyənlərim , tamaşaçılarım.

Hörmətli cənab prezidentə, dövlətimizə sonsuz minnətdarlığımı bildirirəm. Bu böyük etimadı daşımaqdan qürur duyuram. Röya və Miri Yusif, mənim gözəl sənət dostlarım, yeni adınız mübarək”.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Tünzalə Ağayeva, Miri Yusif və Röya Ayxan fəxri ada layiq görülüblər.

Musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …