Çərşənbə , May 8 2024
Ana səhifə / Şou Biznes / Bizə Qarabağ lazımdır?

Bizə Qarabağ lazımdır?

Futbola həvəsim çox olmasa da, azarkeşlərin sevincinə şərik olmağı çox sevirəm.

Dünən şəhərin mərkəzində adın çəkmək istəmədiyim bir kafedə “Qarabağ”-“Kopenhagen” oyununu izlədim. Kafedə əyləşənlər oyunu çox həyəcanla izləyirdilər. Maçı izləyə-izləyə azərkeşlərin “Qarabağ bizimdir, bizim olacaq” şüarları bütün şəhəri əsir almışdır. İstər-istəməz insan bu hayqırtıya qürurlanır və sevinir ki, Qarabağ komondasını şəhərdəki ərəb qonaqlarımız da tanımış olur. Hətta oyuna bir çox ərəb də azarkeşlik edirdi.

Futbol bitər-bitməz “Qarabağ bizimdir, bizim olacaq” səsləri getdikcə artmağa başladı. Qələbə sevinci kiçikdən-böyüyə hərkəsi sevindirmişdi. Eləcə də məni. Ancaq çox geçməmişdi ki, sevincim yarıda qaldı.
Kafenin çıxacağında, stulda əyləşən şəxs, ofsianta gülərək ironiya ilə “Qarabağ”ın qalib gəlməsinə yox e, azad olunması üçün belə maraq göstər. Səhərdən özünü həlak edirsən” deməsinə gənc ofsiantın cavabı çox qısa oldu: “Mənə Qarabağ lazımdır? Həyatımı yaşayıram da, mənə nə Qarabağın azadlığından?”

Ofsiantın bu cavabına təəccüblənəcək bir şey yox idi. Sözləri mənim düşüncəmə zidd olsa da, hər kəsin fərqli düşüncəyə malik olduğunu qəbul edib reaksiya vermədim. Üzərindən çox az müddət keçmişdir ki, yan stolda əyləşən, sifət quruluşundan bizlərə bənzəyən ancaq qarşısındakı ilə saatlarca farsca söhbətləşən kişi, ofsianta Azərbaycanca: “Öz torpağından imtina edəni ilk dəfədir görürəm, ancaq biz Azəri Türkləri Qarabağı azad edəcəyik”.
Cənubi azərbaycanlının bizim dildə belə səlis tələffüzlə dediyi bu ifadəni tək mən yox, orada 90 dəqiqə ərzində “Qarabağ bizimdir, bizim olacaq” deyənlər də duydu, ancaq heç kəs tükünü belə tərpətmədi.

Məni qəzəbləndirən də “Qarabağ bizimdir” deyənlərin heçnə olmamış kimi yenidən əyləncələrinə dəvam etmələridir…
Qoy qələbə sevinclərini yaşasınlar!

Ancaq oyun boyunca orada “Qarabağ” deyə qışqıranlara belə bir sual vermək istərdim:

BİZƏ QARABAĞ LAZIMDIR?

Sizləri bilmərəm, ancaq mənə HƏ. Təəsüf ki, özümü toparlayıb bu sualı onlara ünvanlaya bilmədim.
Mənim üçün Qarabağ adı ilə yalnız bir təkrarolunmaz qələbə ola bilər. Həmin qələbəyə isə aparan yol yaşıl meydanlardan, pivələmiş azarkeşlərin “QOL” `qışqırdıqları PUB -lardan yox, döyüş meydanlarından keçir.

Seymur Süleymanov

Azinforum.az

Həmçinin oxuyun

Aygün Bəylərin yaxınları tiktoker Ləmanı polisə şikayət etdi

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib. Bakupost.az xəbər …

Bir cavab yazın