Ana səhifə / Şou Biznes / Bakıda transformatorda yanan sevgililər evləndilər

Bakıda transformatorda yanan sevgililər evləndilər

Keçən ilin oktyabrında Bakıda yüksək cərəyanlı transformatorun içinə girən və orada ağır yanıq xəsarəti alan sevgililərin bu gün toyu olub.

21 yaşlı Fəqan Fərzəliyev və Pərvin adlı gənc qız məktəb illərindən bir-birlərini sevirlər. Keçən il hadisə baş verdikdən sonra tərəflərin qohumları arasında mübahisələr yaransa da, bu gün sevgililər paytaxtın şadlıq evlərindən birində ailə qurublar.

Xatırladaq ki, sevgililər Nəsimi rayonun Ağadadaş Qurbanov küçəsində yerləşən 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olmuşdular.

Elektrik cərəyanın vurması nəticəsində onlar bir müddət reanimasiyada yatıblar. F.Fərzəliyevin bir qolu amputasiya edilmişdi. (axşam.az)

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın