Ana səhifə / Şou Biznes / Bakı Dövlət Universiteti yeddi fakültə üçün dekan axtarır – SİYAHI

Bakı Dövlət Universiteti yeddi fakültə üçün dekan axtarır – SİYAHI

Bakı Dövlət Universitetinin (BDU) rektorluğu 7 fakültə üzrə boş olan dekan vəzifələri üçün müsabiqə elan edib.

“Report”un xəbərinə görə, BDU-nun Mexanika-riyaziyyat, Kimya, Ekologiya və torpaqşünaslıq, Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Filologiya, Sosial elmlər və psixologiya fakültələri üçün dekan vəzifələri vakantdır.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini bir ay müddətində mövcud Əsasnaməyə müvafiq olaraq rektorun adına yazılan ərizə ilə birlikdə Bakı şəhəri Z. Xəlilov küçəsi 23 AZ-1148 ünvanına təqdim etməlidirlər.

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın