BiG.AZ xəbər verir ki, aktrisa xəbərin doğru olduğunu təsdiqləyib:

“Bəli, mən aktyor Məcnun Hacıbəyovun gəliniyəm. Biz həmişə ondan böyük diqqət və qayğı görürük. Düzdür, hazırda Qubada yaşasa da, vaxtaşırı ona dəyməyə gedirik. Allah Məcnun müəllimə uzun ömür can sağlığı versin”.

Qeyd edək ki, Kəmalə Mehdiyeva həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. O “Bir ailəm var”, “Sən olmasaydın”, “Qisas” və s. film və seriallarda çəkilib.