Ana səhifə / Sosial / Əlillik təyinatı ilə bağlı yeni qaydalar belə olacaq – VİDEO

Əlillik təyinatı ilə bağlı yeni qaydalar belə olacaq – VİDEO

Bu xəbərimizdə həssas qrupu əhatə edən bir yeniliklə bağlı məlumat verəcəyik. Əlliyin qiymətləndirilməsi ilə bağlı göndərişlərin verilməsi qaydası dəyişib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Yeni meyarları nəzərinizə çatdırırıq.

Əlillik yeni meyarlar ilə müəyyən olunacaq. Bu məqsədlə 100-ə yaxın qanunvericilik aktına dəyişiklik olunub.

Baş nazir Əli Əsədovun verdiyi qərara əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyir ki, insanın 7 əsas həyat fəaliyyəti kateqoriyası var ki, əlillik də məhz bunlara görə təyin edilir.

Ülvi Hüseynovun sözlərinə görə, yeni meyarlar  tibbi modeldən sosial modelə keçidlə bağlı hazırlanıb.

Həmçinin oxuyun

Sumqayıtda çirkab suları evlərə dolur – Video

Sumqayıtın “Yaşıl dərə” yaşayış massivinin sakinləri ərazidəki bir neçə problemdən şikayətçidirlər. Onlar bildiriblər ki, burada tullantılar üçün …