Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Zorakılıq qurbanları sonradan cəmiyyətin içinə necə çıxa bilərlər? – Komitə sədri

Zorakılıq qurbanları sonradan cəmiyyətin içinə necə çıxa bilərlər? – Komitə sədri

Zorakılığa məruz qalan insanların, xüsusilə uşaqların ad və soyadının, yaşadığı ünvanların KIV-lər tərəfindən açıq şəkildə verilməsi düzgün deyil.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, məlumatların açıq yazılması həmin insanlar üçün problemlər yaradır:

“Bir çox saytlarda zorakılıq halları barədə məlumatlarla çox rastlaşırıq. Əfsuslar olsun ki, bu məlumatlar çox zaman professional şəkildə olmur. Məlumatlar fakt kimi verilə bilər. Amma zorakılıq qurbanlarının, xüsusilə uşaqların adlarının verilməsi düzgün deyil. Həmin insanlar sonradan cəmiyyətin içinə necə çıxa bilərlər? Xarici kanallarda zorakılıq qurbanlarının üzünü örtürlər, adlarını vermirlər. Bu, belə olmalıdır”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …