Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Yaşayış binaları üçün yeni tələblər qoyulub – VİDEO

Yaşayış binaları üçün yeni tələblər qoyulub – VİDEO

”Yaşayış binalarında təhlükəsizlik məqsədilə videomüşahidə sisteminin quraşdırılması tələbi qoyulub”.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

Onun sözlərinə görə, bu məsələ yeni təsdiq edilən “Yaşayış binaları. Layihələndirmə normaları”da əksini tapıb.

Yaşayış binalarının liftləri ilə bağlı da minimal tələblər müəyən edilib.

Bundan əlavə, liftlərdə avtomatik təxliyə sistemləri nəzərdə tutulmalıdır. Liftlərin şaxtalarında isə digər qurğuların və kommunikasiya xətlərinin layihələndirilməsinə yol verilmir.

Mənzillərarası səs-küyün qarşısını almaq üçün də tələblər müəyyənləşib. Nəzərdə tutulan səs-küy səviyyəsinin təmin olunması üçün sanitar cihazların və boru kəmərlərin birbaşa mənzillərarası divarlara, həmçinin otaqları ayıran divar və arakəsmələrə birləşdirilməsinə yol verilmir.

Sədr müavini yeni normaların istismarda olan binalara aid edilib-edilməyəcəyinə də aydınlıq gətirib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …