Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Sosial / YAP-çının müxalifətə keçən oğlu: “Atamla mehriban şəkildə…” 

YAP-çının müxalifətə keçən oğlu: “Atamla mehriban şəkildə…” 

“Normalam. Hələki bir qədər istirahətə ehtiyacım var. Amma zaman-zaman gələcək fikirlərimi bəyan edəcəyəmm”. Bu sözləri Cebhe.info-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks-millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verən oğlu Rüfət Səfərov gələcək fəaliyyətindən danışarkən deyib. Onun sözlərinə görə, müstəqil şəxs kimi heç bir partiyanın üzvü olmamaq şərtilə fəaliyyət göstərəcək:

“Yaxın zamanlarda aktiv hüquqşünas kimi fəaliyyətdə olacağımı hamı görəcək”. Rüfət Səfərov atası ilə mövcud münasibətlərinə də toxunub. O deyib ki, şəxsi məsələlərdə atası ilə heç bir problemi yoxdur: “Baxmayaraq ki, siyasi baxışlarımız fərqlidir, şəxsi planlarımızda heç bir problemimiz yoxdur. Mehriban şəkildə, bir arada fəaliyyətimizi davam etdiririk”.

Həmçinin oxuyun

Şirkət nümayəndəsi jurnalistə hücum etdi – VİDEO

Bir cavab yazın