Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / `Apteçka`da hansı dərmanlar olmalıdır – SİYAHI

`Apteçka`da hansı dərmanlar olmalıdır – SİYAHI

2016-cı il yanvarın 1-də avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı başladılacaq reydlər insanları bazarlara axın etməyə vadar edir.

AzVision.az xəbər verir ki, bu vasitələrə sahib olmayan sürücülərə qarşı cərimələr də sərtləşdirilib. Bəs `Apteçka`da hansı dərmanlar olmalıdır?
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 5 avqust 2008-ci il Tarixli 09 nömrəli əmrlə təsdiq olunan sənədə əsasən avtomobillər üçün ilk tibbi yardım çantaları yəni `Apteçka`larda bu drəmanlar olmalıdır.
1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vəsaitlər:

1.1. Analgin 0,5 №10 (yaxud əvəzedici) qutu 1
1.2. Portativ hipotermik (soyuducu) paket-
Konteyner ədəd 1
1.3. Natrium sulfasil məhlulu tubik 1
1.4. Aspirin qutu 1

2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsiv ə sarğı üçün vəsaitlər:

2.1. Özünə və qarşılıqlı yardım məqsədi
ilə arterial qanaxmanı saxlaman üçün
təmizlənən kompressiyalı (təzyiqli) jqut ədəd 1
2.2. Steril bint 10×5 ədəd 1
2.3. Qeyri-steril bint 10×5 ədəd 1
2.4. Qeyri-steril bint 5×5 ədəd 1
2.5. Çirkli yaraları sarımaq üçün dioksidli
və ya gümüş nitratlı 8×10 sm ölçüdə
MAQ atravmatik sarğısı ədəd 1
2.6. Bakterisid leykoplastr 2,5×7,0 yaxud
2×5 ədəd 8
2.7. Kapilyar və venoz qanaxmaları saxla- ədəd 3
maq üçün 6×10 sm, 10×18 sm ölçüdə
furaqinli «Koleteks QEM» steril salfet-
ləri yaxud statin (toz halında) 1,0q dəst 3
2.8 Spirtdə 5 faizli yodun yaxud1 %-li bri-
llant abısının məhlulu (zelyonka) flakon 1
2.9. 1×500, yaxud 2×500, yaxud 1×250 sm
öçüdə leykoplastr ədəd 1
2.10. Qeyri-steril boruşəkilli tibbi elastik
bint №1, 2, 6 hər birindən ədəd 1
2.11. Pambıq 50 q bağ 1

3. Ürək ağrılarına qarşı vəsaitlər:

3.1. Nitroqliserin həbləri №40 yaxud kap-
sulası №20 (trinitrolonq) qutu 1
3.2. Validol (tabletka yaxud kapsula) qutu 1

4. Kliniki ölüm zamanı ürək-ağciyər reanimasiyası üçün vasitələr:

4.1. Süni nəfəs vermək üçün alət-
«Ağız-qurğu-ağız» ədəd 1

5. Bayılmaya qarşı vasitə:

5.1. Ammiak məhlulu (naşatır spirti) flakon 1

6. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:

6.1. Enterodez qutu 2
yaxud aktivləşdirilmiş kömür №10 qutu 1

7. Stres hallarına qarşı vəsaitlər:

7.1. Korvalol flakon 1

8. Küt uclu qayçı ədəd 1
9. Təlimat ədəd 1
10. Plastmass futlyar ədəd 1

Qeyd edək ki, siyahıda göstərilən dərmanları və tibbi ləvazimatları özbaşına dəyişmək, komlektləşdirmə qabı zədələnmiş və vaxtı ötmüş vasitələrdən istifadə etmək olmaz. Eyni zamanda çantadakı hər hansı vəsaitdən istifadə edildikdə yerinə dərhal yenisi qoyulmalıdır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın