Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Yağış yağacaq, dolu düşəcək, şimşək çaxacaq – PROQNOZ

Yağış yağacaq, dolu düşəcək, şimşək çaxacaq – PROQNOZ

Bakıda mayın 1-i gündüz, Abşeron yarımadasında isə mayın 2-i arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.  

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanın rayonlarında mayın 3-ü gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. 

Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20  m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …