Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Xırdalanda “bordür” dəyişmə əməliyyatı – FOTO

Xırdalanda “bordür” dəyişmə əməliyyatı – FOTO

Bu gün redaksiyamıza zəng edən oxuculardan biri Xırdalan şəhərinin düz mərkəzində – Heydər Əliyev prospektində aparılan təmir işləri ilə bağlı şikayətini bildirib.

Belə ki, sakinin sözlərinə görə, tez-tez işıqları kəsilən, kanalizasiya sularının bəzi yerlərdə küçəyə axdığı və suyun mütəmadi olaraq kəsildiyi bu şəhərdə nəyə görəsə yolun ortasındakı tamamilə yeni “bordür”ları çıxarıb, yerinə yenilərini basdırırlar.

Sakinlər deyir ki, bu heç bir zərurət olmayan təmir “əməliyyatı”na çəkilən xərci şəhərin hər hansı başqa probleminin həllinə yönəltmək daha məqsədəuyğun olardı.

Oxucunun əyanilik üçün çəkib göndərdiyi fotoşəkilləri diqqətinizə çatdırırıq.

Bu arada, təmir işlərini həyata keçirən qurumun fikrini öyrənmək oxucularımız üçün də maraqlı olardı.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …