Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Vətəndaşdan “Barmek” –in dövründən qalan borc istənildi – Qusarda qəribə olay

Vətəndaşdan “Barmek” –in dövründən qalan borc istənildi – Qusarda qəribə olay

Qusar rayonu, Avaran kənd sakini Həkimova Həmyət Abdulmanaf qızına “Azərişıq” ASC tərəfindən 10 il əvvəl yaranmış borcla bağlı bildiriş gəlib. Vətəndaş 10 il əvvəl yaranmış elektrik enerjisinə görə borcun niyə indi tələb olunduğunu və bu vaxta qədər gələn bildirişlərdə niyə bu haqda məlumat verilmədiyindən şikayətlənib.

Femida.az -a müraciət edən Həmyət Həkimova bildirib ki, bu borc doğru qeyd edilməyib.

“ Hər il işıq pulunu vaxtında ödəmişəm. Bu günə qədər köhnə borcumun olduğunu deməmişdilər. Yaxınlarda gəldilər ki, 80 manat ötən illərdən qalan borcum var. Ödəməsəm, işığı kəsəcəklər. Onlara bütün ödəniş çeklərimi təqdim etsəm də, nəzərə almadılar. “Barmek” in dövründə yazılmış borc indi yadlarına düşüb?”, deyə şikayətçi bildirib.
“Azərişıq” ASC -nin də mövqeyini təqdim edəcəyik.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …