Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Teleqüllənin uçması təhlükəsi…”

“Teleqüllənin uçması təhlükəsi…”

Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin səlahiyyətli şəxsləri Bayıldakı, Teleqüllənin yaxınlığındakı sürüşmə zonasında təhlükənin getdikcə artdığını təsdiq edir.

Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov jurnalistlərə bildirib ki, Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə zonası ilə bağlı aidiyyatı qurumlar təkliflərini təqdim etməlidir. Onun sözlərinə görə, Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası tərəfindən ərazidə baş verən sürüşmə prosesinin dinamikasında aktivlik, baş verən proseslər haqqında tədqiqat işləri aparılıb.

R.Həsənov deyib ki, hazırda ərazidə mayaklar, reperlər quraşdırılıb, nəzarət aparılır: “Hazırda ərazidə quraşdırılan mayaklara, reperlərə istinadən demək olar ki, prosesin dinamikasında aktivlik müşayiət edilir. Hazırda aparılan digər tədqiqat işlərinin nəticələri barədə də məlumat veriləcək”.

Nazirik rəsmisi qeyd edib ki, aktivlik prosesi yamacın aşağı hissəsindəki evlər üçün təhlükə yaradır: “Tam araşdırmalar başa çatana, tədqiqatlar yekunlaşıb son qərar verilənə qədər əhalinin ehtiyatlı olması lazımdır”. 

Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə  bildirib ki, ərazidə dünən çatlar üzərində yeni mayaklar quraşdırılıb və bu gün çatlarda artım qeydə alınıb.

Ə.Qaralovun sözlərinə görə, Teleqüllə sürüşmə sahəsi aktiv fazadadır və sürüşmə davam edir. Hazırda ərazidə araşdırmalar davam etdirilir.

“Teleqüllənin uçması qətiyyən gözlənilmir”, – Əziz Qaralov jurnalistləri əmin edib.

 

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …