Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Sulutəpədə it 4 yaşlı uşağın üzünü parçaladı – FOTOLAR

Sulutəpədə it 4 yaşlı uşağın üzünü parçaladı – FOTOLAR

Azyaşlının üzünü it parçalayıb.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın  Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Belə ki, 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. İt azyaşlının yanaq nahiyəsini  parçalayıb. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1  saylı Klinik xəstəxanaya aparılıb.
H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa  edilib. 
Hazırda müalicəsi davam etdirilir.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …