Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Su borusu partladı, bir neçə evi su basdı

Su borusu partladı, bir neçə evi su basdı

Gəncədə su borusu partlayıb.

Hadisə şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.

Su borusunun partlaması nəticəsində yolu su basıb, avtomobillərin hərəkətində çətinlik yaranıb. Bundan əlavə, su borusunun partlaması nəticəsində evlərin və binaların zirzəmisinə su dolub. Həmçinin su şəhərin bir neçə küçə və prospektində fəsadlar törədib.
Hadisə yerinə “Azərsu” ASC-nin əməkdaşları cəlb edilib, bərpa işlərinə başlanılıb.

Qeyd edək ki, son bir ayda analoji hadisə Gəncə şəhərində ikinci dəfədir baş verir.

APA

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …