Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Dünən Azərbaycanda koronavirusa 563 yeni yoluxma qeydə alınıb, 520 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 802 623 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 667 nəfər müalicə olunaraq sağalıb, 9 762 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir.

Ölkədə son sutka ərzində 4 000, hazırkı dövrədək isə 7 076 185 test aparılıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …