Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Sığorta pulunu ala bilməyən sürücülərin NƏZƏRİNƏ – VİDEO

Sığorta pulunu ala bilməyən sürücülərin NƏZƏRİNƏ – VİDEO

Baş vərən qəzalar zamanı  siğorta şirkətləri və vətəndaşlar arasında tez-tez mübahisələr olur.

Bu barədə Xəzər TV sujet hazırlayıb.

Buna səbəb tərəflərin məsələnin öz xeyirlərinə həll edilməsinə cəhd etmələridir. Bu isə sonda mübahisəyə və hətta aylarla, bəzən isə illərlə davam edən məhkəmə çəkişmələrinə gətirib çıxarır. Bu tipli problemlərin yaşanmaması üçün müstəqil siğorta ekspertlərinə müraciət etməkdə fayda var. Amma bu zaman da diqqətli olmaq lazımdır. Bu barədə sığorta eksperti İlkin İbrahim məlumat verib.

Onun sözlərinə görə, bu halda bir sıra problemlərin yaranmamasına görə vətəndaşlar bəzi məqamlara diqqət etməlidirlər. Bəzi sığorta şirkətləri bu haldan xəbərdar olduqları üçün yaranmış vəziyyətdən öz xeyirləri üçün sui istifadə edirlər. Sığorta mübahisəsi yaranan zaman müstəqil ekspertin cəlb olunmasına ehtiyac olanda  sığorta şirkətləri hiyləyə əl ataraq tərəflərin qarşısına öz yaxın adamları olan 3-4 nəfər şəxslərin ad-familyasından ibarət siyahı qoyulur. Nəticədə sığortalı sığorta şirkətinin istədiyi eksperti seçir.

Qeyd edək ki, Mərkəzi Bankın reyestrində olan müstəqil sığorta ekpertlərinin fəaliyyəti  “Sığorta Fəaliyyəti haqqında” qanunda nəzərdə tutulur. İlkin İbrahim bildirib ki, məsələdə ödənişin kimin tərəfindən edilməsi qanunda aydın şəkildə müəyyən edilmir. Bu zaman ödəniş hər iki tərəfin razılığı əsasında həyata keçirilməlidir.Mərkəzi Bank tənzimləyici orqan olaraq bu məsələlərin uyğun həllini həyata keçirsə  sığorta bazarında mübahisələrin sayı çox böyük həcmdə azala bilər.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …