Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Sabah hava əsasən yağmursuz keçəcək – PROQNOZ

Sabah hava əsasən yağmursuz keçəcək – PROQNOZ

Dekabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu yarımadada gecə 2-4°, gündüz 7-10° isti, Bakıda gecə 2-4°, gündüz 8-10° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-7° isti təşkil edəcək.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …