Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Sərnişin dolu mikroavtobus yandı (VİDEO)

Sərnişin dolu mikroavtobus yandı (VİDEO)

Biləsuvarda mikroavtobus yanıb.

Baku.ws xəbər verir ki, Cəlilabad rayon sakini Vüqar Orduyevin sükanı arxasında olduğu mikroavtobus hərəkətdə olarkən avtomobilin mühərrik hissəsi qəfildən alovlanıb.
Alov tezliklə avtomobilin qarşı tərəfini bürüyüb.
Hadisə zamanı mikroavtobusda sərnişinlər olsa da, onlar vaxtında maşını tərk edə biliblər və xəsarət alan olmayıb. Mikroavtobus isə yararsız hala düşüb.Sürücünün sözlərinə görə avtomobil sonuncu dəfə Biləcəridə servisdə olub. Yanğının da məhz ustaların ehtiyatsızlıq ucbatından baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …