Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Pensiyalarla bağlı mühüm yenilik: Özünüz seçəcəksiniz – VİDEO

Pensiyalarla bağlı mühüm yenilik: Özünüz seçəcəksiniz – VİDEO

Pensiyalarla bağlı qanuna da dəyişiklik edilir.  Belə ki , əmək pensiyaları haqqında qanunun  bir sıra maddələrinə dəyişikliklər təklif olunur. Millət vəkili Vüqar Byaramov bildirib ki,  əmək pensiyaları haqqında qanuna  edilən dəyişikliklər, əmək pensiyalarına əlçatanlığın gücləndirilməsi, pensiya kapitalının daha da ədalətli bölüşdürülməsi baxımından  vacib hesab olunur.

Yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək.

Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü , millət vəkili Vüqar Bayramov bildirib ki, Əmək pensiyaları haqqında qanuna  edilən dəyişikliklər , əmək pensiyalarına əlçatanlığın gücləndirilməsi, pensiya kapitalının daha ədalətli bölüşdürülməsi baxımından , vacib hesab olunur.

Eyni zamanda yeni dəyişikliklərə əsasən, yalnız analar deyil eyni zamanda ataların da daha tez pensiyaya çıxmaq  imkanları olacaq.

Millət vəkili bildirib ki, işləyən pensiyaçı vətəndaşlar üçün də dəyişikliklər və yeniliklər var.

“Əmək pensiyaları haqqında “qanuna  edilən dəyişikliklərə  artıq növbəti həftə Milli Məclisdə baxılacaq, komitə iclasında müzakirə ediləcək deyə Vüqar Bayramov əlavə edib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …