Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Ona ev verilməsinə görə çox çalışdım, əvəzində gedib bizdən şikayət yazdı

“Ona ev verilməsinə görə çox çalışdım, əvəzində gedib bizdən şikayət yazdı

Ötən ay əslən Laçının Çorman kənindən olan və hal-hzırda Mingəçevir şəhərindəki internat məktəbində məskunlaşan Gülmalıyev Novruz Əvəz oğlunun şikayətini işıqlandırmışdıq. Şikayətçi iddia edirdi ki, 2015-ci ildə Mingəçevir şəhərində məcburi köçkünlər üçün tikilən şəhərcikdə ev paylanarkən onun və qardaşının ailəsinə ev verilməyib. Ev verilməməsinə görə isə bir neçə şəxsi ittiham etmişdi. Onlardan biri də Mingəçevir şəhər icra hakimiyyətinin nümayəndəsi Rəsul Paşayev idi.
Əməkdaşımız bu gün Rəsul Paşayevin mobil nömrəsini əldə edərək, baş verənlərə aydınlıq gətirməsini istəyib. R.Paşayev şikayətçinin ittihamlarının əsassız olduğunu bildirib:
“Mingəçevir icra hakimiyyəti məcburi köçkünlərə ev vermir, evi “Qaçqınkom” verir. Bununla bağlı N. Gülmalıyevin mətbuatda gedən yazılarını oxumuşam. Düzdür, yazılarında məni də ittiham edir, amma burda mənlik bir şey yoxdur. Mən sadəcə orda komissiya üzvü kimi iştirak etmişəm. Onlara üç otaqlı mənzil təklif edildi, amma istəmədilər. Nə mümkün idi, onu etməyə çalışdıq, amma razılaşmadı. Şəxsən N.Gülmalıyevə ev verilməsinə görə çox çalışdım. O, isə cavabında gedib bizdən şikayət yazdı. Onun bir də mənimlə bağlı harasa şikayət etdiyini görsəm, məhkəməyə müraciət edəcəm”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …