Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Novruz bayramında şagirdlər bir həftə dərsə getməyəcəklər

Novruz bayramında şagirdlər bir həftə dərsə getməyəcəklər

Novruz bayramı ilə əlaqədar Azərbaycan məktəblərində şagirdlər martın 20-dən etibarən dərsə getməyəcəklər.

Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məktəbdə dərslər martın 27-də başlayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.

Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq.

Həmçinin oxuyun

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? – Açıqlama

Havaların getdikcə isinməsi ictimai nəqliyyatda kondisionerə təlabatı artırıb. İsti hava və avtobuslardakı sıxlıq bu il …