Ana səhifə / Sosial / “Neptun” supermarketlərində istifadə müddəti bitmiş məhsullar satılır (FOTO)

“Neptun” supermarketlərində istifadə müddəti bitmiş məhsullar satılır (FOTO)

Paytaxtın Tbilisi prospektində yerləşən “Neptun” supermarketində istifadə müddəti bitmiş ərzaqlar satılır.
Bu barədə Qaynarinfo-ya mağazanın müştərilərindən biri məlumat verib. O, bu gün supermarketdən “Oreo” firmasının peçenyesini aldığını, lakin sonradan istifadə müddətinin bitdiyini görüb:
“Məhsulun 1 aya yaxındır istifadə müddəti bitsə də, hələ də vitrində satılır. Xahiş edirəm məsələni işıqlandırın ki, insanlar məhsul alarkən daha diqqətli olsunlar”, – deyə müştəri qeyd edib.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …