Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Bakıda yeni marşrut xətləri yaxın vaxtlarda işə düşəcək

Bakıda yeni marşrut xətləri yaxın vaxtlarda işə düşəcək

Yaxın vaxtlarda fəaliyyətə başlayacaq 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal, Məhəmməd Xiyabani küçəsi – “Əhmədli” metrostansiyası) marşrut xətləri boyunca sərnişinlərin rahatlığı üçün zəruri infrastruktunun yaradılması işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu çərçivədə sərnişinlərin BakıKart əldə etməsi eyni zamanda balansı artırmaq üçün 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Marşrut xətləri boyunca 15 yeni dayanacaq məntəqəsi də müəyyən edilib ki, hazırda onların müvafiq qaydada nişanlanması işləri aparılır.

Xatırladaq ki, 20 və 94 nömrəli müntəzəm marşrut xətləri müsabiqə yolu ilə birləşdirilərək sərnişindaşıma işinin təşkili “BakuBus” MMC-yə həvalə edilib. Qeyd edilən marşrut xətlərinin fəaliyyəti 7A və 7B olmaqla müasir və komfortlu avtobuslarla təşkil ediləcək.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …