Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Neftçi” bizə əsl şok yaşatdı” – Samir Əliyev

“Neftçi” bizə əsl şok yaşatdı” – Samir Əliyev

“Ötən tur böyük hesabla uduzduqdan sonra komandanı toparlamaqda çətinlik çəkdik. “Neftçi” bizə əsl şok yaşatdı. Bu gün isə bir neçə yeni oyunçuya şans vermişdim. Əsas məqsədimiz o idi ki, qol buraxmayaq. Sevindirici haldır ki, əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə qol buraxmadıq”.

“Report”un məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev evdə “İnter”ə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis kapitan Elton Yaqublunun komanda yoldaşları Nurlan Novruzov və Maudo Jarjue ilə mübahisəsinə də münasibət bildirib: “Elton komandanın kapitanıdır. Bu məsələ ilə bağlı futbolçularla danışacağıq. Yaqublu və Jarjueni cəza gözləyir. Əsas məqsədimiz intizam yaratmaqdır. Statistikaya nəzər salsaq, görərik ki, çempionatda ən az sarı vərəqə alan komandalardanıq. Bu gün də səbəbsiz iki sarı vərəqə aldıq. Bu komanda da heç kim başqasından artıq deyil. Futbolçularımızın da hamısı təxminən eyni səviyyədədir. Elton keçən oyunda ehtiyatda qalmışdı. Bunun da bəzi səbəbləri var idi. Bu cür hallara yol verə bilmərik”.

Qeyd edək ki, “Səbail” növbəti 2 oyununu “Qəbələ” və “Qarabağ”a qarşı keçirəcək.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …