Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Minimum əməkhaqqının artımı neçə nəfəri əhatə edəcək?

Minimum əməkhaqqının artımı neçə nəfəri əhatə edəcək?

Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamına dəyişiklik edilməsi barədə” 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılıb.

“Qafqazinfo” xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn bildirib ki, sözügedən sərəncamdan 600 minədək vətəndaşın faydalanacağı gözlənilir: “Prezidentin sərəncamı ilə minimum aylıq əmək haqqının 38,4 faiz artırılması əhalinin gəlirlərinin artırılması, rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır. Minimum əməkhaqqının hazırkı artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Belə ki, dövlət sektorunda işləyən 450 min nəfər və özəl sektorda işləyən 150 min nəfər bu sərəncamdan faydalanacaq. Yəni dövlət sektoru üzrə 450 min işçinin əmək haqları 30 faiz, özəl sektor üzrə 150 min işçinin əmək haqqları 15-20 faiz artacaq.

Bununla yanaşı, vergi və sığorta yığımları 150-200 milyon artacaq. Xüsusən də, bu artım nəticəsində qadınların orta aylıq əmək haqqı kişilərin orta əmək haqqına yaxınlaşacaq”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …