Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Sosial / Mehriban Əliyeva: “Azərbaycan dövləti vətəndaşlarına hər zaman diqqətlə yanaşır”

Mehriban Əliyeva: “Azərbaycan dövləti vətəndaşlarına hər zaman diqqətlə yanaşır”

Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirilib.

“Report”un xəbərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.

Məlumat verilib, Masazır qəsəbəsindəki “Yeni Bakı” yaşayış kompleksində 164 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunub. Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində isə 50 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz edilib.

Ümumilikdə 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada və Xətai rayonunun Gəncə prospektindəki qəzalı vəziyyətdə olan binada məskunlaşmış məcburi köçkünlər üçün nəzərdə tutulub.

Xatırladaq ki, 2017-ci il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirə keçirilib.

Müşavirədə bu günədək qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı, yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsinin yaşadığı və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımların atılmalı olduğu bildirilmişdi. Bunun üçün Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi barədə tapşırıq verilmişdi.
Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib.

Füzuli rayonundan məcburi köçkün Rafiz Kərimov, Şuşadan Vüsalə Fətəliyeva, Laçından Zabilə Cəfərova və Əmirxan Zeynalov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı şəhərindən şəhid ailəsi Ulduzə Xocayevanın mənzilində yaradılan şəraitlə tanış olub.

***

Sonra Şuşa, Laçın, Füzuli rayonlarından olan məcburi köçkünlər qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğıya görə Mehriban Əliyevaya minnətdarlıq ediblər.
Qarşılıqlı olaraq minnətdarlıq edən Birinci vitse-prezident qeyd edib ki, istər Heydər Əliyev Fondunda, istər Azərbaycan Mədəniyyət Fondundakı fəaliyyətində, istər bugünkü çox məsuliyyətli vəzifədə güc mənbəyi məhz onlardır:

“Çünki mən atdığım hər addımda, hər bir insanla, çox sevdiyim Azərbaycan xalqı ilə ünsiyyətdə olanda doğrudan da sizin sevginizi, dəstəyinizi, inamınızı hiss edirəm. Mənim üçün bu, çox vacibdir.

Azərbaycanın müstəqilliyi bərpa olunandan bəri tarix baxımından çox da uzun bir müddət keçməyib. Amma Azərbaycan bütün sahələrdə – iqtisadiyyatda, siyasətdə, sosial, idman, mədəniyyət sahələrində əldə etdiyi nailiyyətlərlə bu gün dünya xəritəsində öz layiqli sözünü deyir. Əminəm ki, bütün bu uğurların təməlində Azərbaycan xalqı durur.
Siz bu gün xatırlatdınız ki, son illər ölkəmizdə çox böyük beynəlxalq tədbirlər keçirilib. Təbii ki, ölkəmizə dünyadan gələn qonaqların, turistlərin sayı artır. Biz bu insanlarla görüşürük, ünsiyyətdə oluruq. Əlbəttə, onların hamısı Bakının gözəlliyindən, ölkəmizin inkişafından, Azərbaycanın mətbəxindən danışırlar. Amma xüsusi vurğulayırlar ki, burada çox gözəl, ürəyiaçıq, istiqanlı, qonaqpərvər insanlar yaşayırlar. Düzdür, gözəllik, abadlıq çox vacibdir. Amma əgər gözəl bir yerə gəlirsən və insanların simasında, necə deyərlər, nifrət, hirs görürsənsə, heç vaxt insan orada özünü rahat hiss etmir. Bütün qonaqlar məhz bunu deyirlər ki, siz xoşbəxtsiniz, sizin insanlarınız nə qədər gözəl və mərhəmətlidirlər. Mən buna çox inanıram və bununla fəxr edirəm. Fəxr edirəm ki, bizim xalqımız doğrudan da belə böyük ürəyə malikdir. Mən inanıram ki, qarşımızda duran məsələlərin, problemlərin, – onlar var və çoxdur, biz çox çətin bir dünyada yaşayırıq, – həlli üçün insanın xoş niyyəti, mərhəməti, insanlığı çox vacibdir və bunlar bizim xalqda var. Ona görə də biz mütləq bütün arzularımıza çatacağıq, ədalət bərpa olunacaq, Qarabağ problemi həllini tapacaq, siz hamınız öz doğma yurdlarınıza qayıdacaqsınız və biz bunu orada bir yerdə qeyd edəcəyik”.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Masazır qəsəbəsində məcburi köçkün ailələri üçün yeni mənzillərdə yaradılan şəraitlə tanış olub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib ki, Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış kompleksində 164 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Bundan başqa, Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində 50 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz olunub. Ümumilikdə sözügedən 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada və Xətai rayonunun Gəncə prospektindəki qəzalı vəziyyətdə olan binada məskunlaşan məcburi köçkünlər üçün nəzərdə tutulub.

Xatırladaq ki, 2017-ci il martın 9-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirə keçirilmişdi. Müşavirədə bu günədək qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsinin yaşadığı və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımların atılmalı olduğu bildirilmişdi. Bunun üçün Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi barədə tapşırıq verilmişdi. Bu gün isə Ramazan bayramı günlərində 214 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib.
Mehriban Əliyeva Xocalıdan şəhid ailəsi Ulduzə Xocayevanın mənzilində olub, onları yeni mənzilə köçməsi münasibətilə təbrik edib.

“Siz “Energetika” pansionatında məskunlaşmış məcburi köçkün idiniz. Ora qəzalı vəziyyət olan bir yer idi. Ona görə də elə birinci o ailələri köçürdük. Bizim indi məqsədimiz ən çətin vəziyyətdə yaşayan dörd min ailənin iki il ərzində köçürülməsidir. Mən əminəm ki, biz birlikdə bu məqsədə nail olacağıq. Artıq dövlət tərəfindən də binalar tikilir. Tikilmiş binalarda mənzillər ayrılır, təmir olunur. Çox yaxşıdır ki, biznes strukturları da bu işə qoşulub. Onlar da yardım edirlər. Əminəm ki, bir problem olmayacaq. Biz yalnız birlikdə güclüyük.

Mən sizi əmin edirəm ki, Prezidentin bütün fəaliyyəti yalnız və yalnız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına, ölkəmizin güclənməsinə, insanların daha yaxşı şəraitdə yaşamasına yönəlib. Əlbəttə ki, əhalimizin məcburi köçkünlər və qaçqınlar ən böyük diqqətə layiqdir. Həm Azərbaycan Prezidenti, həm də dövlət qurumları onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün əllərindən gələni edir və edəcəklər. Mən çox şadam ki, cəmiyyətimizdə birlik var. Azərbaycan xalqı elə xalqdır ki, hər zaman qonşusuna, yaxınına, dostuna, heç tanımadığı insana da yardım etməyə hazırdır. Bu, xalqımızın çox gözəl adətidir, xasiyyətidir. Bu birliyimiz, bu gözəl xüsusiyyətlərimiz olduğuna görə biz qarşımızda duran bütün məqsədlərə nail olacağıq. Biz yalnız və yalnız birlik nümayiş eləməliyik, bir olmalıyıq və hər kəs öz vəzifəsinə çox böyük məsuliyyətlə yanaşmalıdır. Ali məqsəd ancaq və ancaq Azərbaycan insanına, Azərbaycan vətəndaşına xidmətdir. Bugünkü nailiyyətlər, Azərbaycanın bugünkü qüdrəti, gücü, inkişafı məhz buna görədir.

Bilirsiniz ki, mən son illər Qarabağ şəhidlərinin anaları ilə, bacıları ilə, məcburi köçkün ailələri ilə tez-tez ünsiyyətdə oluram, onların qarşısında baş əyirəm. Onlar çox böyük hörmətə layiqdirlər. Çünki siz çox çətin vəziyyətdən, çox çətin anlardan keçmisiniz, yaşamısınız, əzizlərinizi itirmişiniz, şəhid vermisiniz və sonra da çox çətin həyat sürmüsünüz. Ona görə də sizdə olan bu dözümlülük, güc, qüvvət, Vətənə bağlılıq, geniş ürək – bunlar hamısı böyük hörmətə və ehtirama layiqdir”.
Sonda xatirə şəkli çəkdirilib.

Həmçinin oxuyun

Elmi İnstitutda “travmotoloji bazar” – VİDEO

Azərbaycanın səhiyyə sistemində korrupsiya və rüşvət faktorunun olması artıq danımaz faktora çevrilib. Hər il dövlət …

Bir cavab yazın