Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Mardan Palace” otelinin suyunu kəsdilər

“Mardan Palace” otelinin suyunu kəsdilər

Məşhur otelin borcu gün-gündən artır – haradan haraya….

Antakyada 1.4 milyard dollara başa gələn Mardan Palace Hoteldə borca görə yaşanan problemlər bitmir.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqust ayının ilk həftəsində rezervasiya müraciətlərini dayandıran və hələ də satışa qapaılı olan 5 ulduzlu otelin 2 milyon liraya yaxın yığılmış borcu ucbatından suyu kəsilib.

Antalyanın Aksu bölgəsində 2009-cu ildə Şeron Stoun, Riçard Gir, Paris Hilton, Merauy Kerri və Monika Belluçi kimi ulduzların da iştirakı ilə açılışı baş tutan Mardan Palace Hotel turizm mövsümünün ən aktiv olduğu avqust ayının ilk həftələrində rezervasiya qəbulunu dayandırdı.

Belə ki, otelin rezervasiya nömrəsinə zəng vuranda “Təsisimiz qapalıdır. Ona görə də rezervasiya ala bilmirik” cavabı verilən oteldə hələ də müştəri qəbulu gerçəkləşdirmir.Otelin həm öz internet saytında, həm də reklamını yerləşdirdiyi saytlarda “satışa qapalı” görünür.

“Turizmin Oscarları” olaraq qəbul edilən World Travel Awards 2010-cu ildə “Dünyanın ən lüks oteli” seçilən Mardan Palace Hotel daha öncə də bəzi bank borclarına görə icralıq olmuş və satışa çıxarılmışdı. Qarşılıqlı anlaşmalar və məhkəmə yolu ilə satış qərarı ləğv edilən lüks otelin son olaraq suları da kəsildi. Daha öncə otelin borclara görə elektrikləri kəsilib və sonradan problem hansısa formada həll olunmuşdu. Otelin təxminən 2 milyon lira məbləğindəki yığılmış borcuna görə icra təqibi başladan Antalya Su və Atıq Su İdarəsu bu iddia əsasında 15 gün əvvəl otelin suyunu kəsdi.

Türkiyə mətbuatı yazır ki, Azərbaycan əsilli iş adamı Telman İsmayılovun sahibi olduğu AST 1989 Groupun Türkiyədəki ən önəmli turizm investisiyası olan Mardan Palace Oteli, 180 min kvadrat metrlik sahədə tikilib. Hazırlanması üçün 10 min kvadrat metr qızıl, 500 min kristaldan istifadə olunan Mardan Palace Oteli İstanbulun tarixi məkanlarından təsirlənərək inşa edilib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …