Cümə axşamı , May 9 2024
Ana səhifə / Sosial / Məşhur şadlıq sarayındakı ölüm hadisəsi araşdırılır – Rəsmi

Məşhur şadlıq sarayındakı ölüm hadisəsi araşdırılır – Rəsmi

Şadlıq sarayında təmir işləri zamanı ustanın yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Qeyd edilib ki, yanvarın 29-da paytaxtın Nərimanov rayonunda 1988-ci il təvəllüdlü Bəhram Bayramovun iş yerində ölməsi faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb.
“Araşdırmalarla Bəhram Bayramovun qəlibçi usta kimi “Kral” şadlıq sarayında təmir işləri görən zaman ayaqaltı dəmir konstruksiyanın (lesa) üzərindən yerə yıxılaraq aldığı xəsarətlər səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır”, – məlumatda deyilir.

Həmçinin oxuyun

Bu qərardan sonra qiymətlər kəskin artacaq

Keşlə bazarı söküləcək. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli …