Cümə axşamı , May 30 2024
Ana səhifə / Cəmiyyət / Aqil Abbas: “Televiziyalarda, elə bil, it boğuşdururlar”

Aqil Abbas: “Televiziyalarda, elə bil, it boğuşdururlar”

“Məişət zorakılığının qarşısının alınması haqqında” əlli qanun da qəbul eləsəniz, zorakılığın qarşısını ala bilməyəcəksiniz”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, Avropadan, xaricdə fondlar kütləvi şəkildə pul buraxırlar ki, Azərbaycanda insanların əxlaqını pozsunlar:

“Azərbaycan televiziyalarında məişət zorakılığı, əxlaqsızlıq təbliğ olunur. Bunun qarşısını heç kim ala bilmir, parlament də ala bilmir. Televiziyalarda, elə bil, it boğuşdururlar, əri arvadla dalaşdırırlar, ərini qoyub, onun qardaşıyla qaçır. Bunlar istisna hallardır. Amma bu, təbliğatdır. Baxanlar deyirlər ki, mən niyə etməyim?! Bunun qarşısı alınmalıdır”. APA

Həmçinin oxuyun

“Xəzər TV” “Vəlioğlu-2018”i məhkəməyə verdi – 1 milyona yaxın vergi borcu var

Ölkənin aparıcı televiziya kanallarından biri olan “Xəzər TV” uşaq bezlərinin və təmizlik məhsullarının satışı ilə …