Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / Məmmədyarovla Nalbandyan Moskvada görüşdü – Fotolar

Məmmədyarovla Nalbandyan Moskvada görüşdü – Fotolar

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Rusiyada səfərdədir.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, toplantıda XİN rəhbərləri (Qırğızıstan, Qazaxıstan və Rusiya) Dağlıq Qarabağda atəşkəs rejiminin saxlanılmasını dəstəkləyən bəyanatla çıxış ediblər:

“Münaqişə tərəflərini atəşkəsə ciddi şəkildə əməl etməyə və dözümlülük nümayiş etdirməyə çağırırıq”.

Türkiyə mediası isə Moskvada baş tutan toplantıda əsas diqqəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə ayırıblar. Elmar Məmmədyarovla Edvard Nalbandyanın əl-ələ görüşməsini bölgədə sülhün əldə olunmasının işarəsi kimi qiymətləndiriblər.

Məmmədyarovla Nalbandyan Moskvada görüşdü -  Fotolar

Həmçinin oxuyun

Bu qərardan sonra qiymətlər kəskin artacaq

Keşlə bazarı söküləcək. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli …

Bir cavab yazın