Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Sosial / Lukaşenko: “Avrasiya İttifaqında Azərbaycanın maraqlarının təmin olunmasına kömək etməyə hazırıq”

Lukaşenko: “Avrasiya İttifaqında Azərbaycanın maraqlarının təmin olunmasına kömək etməyə hazırıq”

“Belarusun ictimai-siyasi stabilliyi onun uğurlarının başlıca göstəricisidir.”
 APA-nın xəbərinə görə, “belta.by” saytına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenko ilə geniş formatda keçirilən görüşdə bildirib. “Belarusda mövcud olan ictimai-siyasi stabillik uğurların əsas göstəricisidir və bu uğurların davam edəcəyini göstərən əsas təminatdır,” – deyə o, əlavə edib.
 Aleksandr Lukaşenko isə neft-kimya, enerji və kənd təsərrüfatı sahələrində korporativ imkanların nəzərdə keçirilməsini təklif edib. O, informasiya texnologiyaları və informasiyanın qorunmasının da müasir dövrdə aktuallıq kəsb etdiyini söyləyib: “Biz dostluğumuzu yüksək qiymətləndiririk. Sizə sərfəlidirsə, biz Avrasiya İqtisadi İttifaqında sizin maraqlarınızın təmin olunmasına kömək etməyə də hazırıq”.

Həmçinin oxuyun

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında …

Bir cavab yazın